Ronaldo rəsmən "Mançester Yunayted"də

Ronaldo rəsmən "Mançester Yunayted"də backend

"Mançester Yunayted" Yuventus"un futbolçusu Kriştiano Ronaldonun transferini rəsmən açıqlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə transferlər bağlı razılıq əldə olunduğu bildirilib.

 

Portuqaliyalı futbolçunun yalnız tibbi müayinədən keçməsi, viza alması və "Mançester Yunayted"lə şəxsi müqaviləsinin detallarını razılaşdırması lazımdır.

Qeyd edək ki, Ronaldonun İngiltərə təmsilçisi ilə 2 illik müqavilə imzalayacağı gözlənilir. Kriştiano 2003-2009 -cu illərdə "Yunayted" də çıxış edib.