“Qarabağ”ın futbolçusu Marko Veşoviç Monteneqro millisinə çağırılıb.
Qol.az xəbər verir ki, yığmanın məşqçisi Miodraq Raduloviç DÇ-2022-nin seçmə mərhələsində sentyabrda keçiriləcək oyunlar üçün 29 yaşlı müdafiəçiyə də dəvət göndərib.
Qeyd edək ki, Monteneqro millisi sentyabrın 1-də Türkiyə, 4-də Niderlandla səfərdə, 7-də Latviya ilə evdə görüşəcək.