Azərbaycana Tokio Olimpiadasında gümüş medal qazandıran Hacı Əliyev fikirlərini bildirib.
Qaziler.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin "Facebook" hesabına açıqlama verən pəhləvanımız bildirib ki, uzun zamandır qızıl medal üçün çalışsa da, qismət olmayıb.
“Ən azından medalsız qalmadığım üçün çox sevinirəm. Mənə dəstək olan, dua edən hərkəsə dərin minnətdarlığımı bildirirəm”, – deyə Hacı Əliyev qeyd edib. (oxu.az)