Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb.
Oxu.Az xəbər verir ki, buna qadın güləşçimiz Mariya Stadnik nail olub.
50 kq çəki dərəcəsində bir gün əvvəl yarımfinalda uduzan güləşçimiz bürünc medal uğrunda mübarizədə Soqt-Oçirn Namuuntsetseqə (Monqolustan) 10:0 hesabı ilə qalib gəlib.
Bununla da Olimpiadanı üçüncü pillədə tamamlayan Mariya Stadnik millimizin aktivinə yeddinci medalı yazdırıb.
Stadnik Azərbaycan idmanı tarixində dörd Olimpiya medalı (iki gümüş və iki bürünc medal) qazanan yeganə idmançımız olub.