Azərbaycan karateçisi üçüncü döyüşdə uduzdu

Azərbaycan karateçisi üçüncü döyüşdə uduzdu backend

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Qazilər.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Sofya Berultseva ilə üz-üzə gəlib.

Qrupdakı ilk iki qarşılaşmasından qalib ayrılan Zarestka bu dəfə rəqibinə 4:5 hesabı ilə uduzub. O, qrupda sonuncu görüşünü Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

Diaspora