Tokio-2020: Bu gün son 6 idmançımız mübarizəyə qoşulacaq

Tokio-2020: Bu gün son 6 idmançımız mübarizəyə qoşulacaq backend

Bu gün Azərbaycanın son 6 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, əvvəlcə bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda səhnəyə çıxacaq. Tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət "5-lik" əvvəlcə 5 topla, daha sonra 3 halqa və 2 cüt gürzlə çıxış edəcəklər. Təsnifat mərhələsində 14 ölkə arasında ilk "8-liy"ə düşən komandalar finala çıxacaqlar. Həlledici mərhələ isə avqustun 8-də olacaq.

Mübarizəyə başlayacaq digər idmançı İrina Zaretska olacaq. Qadın karateçilər arasında 61 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı legioner B qrupunda yer alacaq. O, ardıcıl olaraq, Ayumi Uekusa (Yaponiya), Silviya Semeraro (İtaliya), Sofya Berultseva (Qazaxıstan) və Meltem Akyol Hocaoğlu (Türkiyə) ilə qarşılaşacaq. Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Zaretska yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

Bu gün həmçinin Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev (65 kq) final görüşünə çıxacaq. Onun rəqibi yaponiyalı Takuto Otoquro olacaq.

Daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. Şərifov mükafatçılar sırasına düşmək üçün əvvəlcə Elizbar Odikadze (Gürcüstan), daha sonra Reyneris Salas Peresi (Kuba) yenməlidir.

Stadnik Namuuntsetseq Tsoqt Oçir (Monqolustan) - Lusia Yamilet Yepes Qusman (Ekvador) cütünün qalibini udsa, fəxri kürsüdə yer alacaq.

Tokio-2020
7 avqust

Bədii gimnastika, qrup hərəkətləri üzrə komanda (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova, Darya Sorokina)

Təsniifat mərhələsi
05:00. 5 topla çıxış
06:30. 3 halqa və 2 cüt gürz

Karate
B qrupu
+61 kq

09:00-dan etibarən

İrina Zaretska - Ayumi Uekusa (Yaponiya)
İrina Zaretska - Silviya Semeraro (İtaliya)
İrina Zaretska - Sofya Berultseva (Qazaxıstan)
İrina Zaretska - Meltem Akyol Hocaoğlu (Türkiyə)

13:45-dən etibarən
Sərbəst güləş

65 kq

FİNAL. Hacı Əliyev - Takuto Otoquro (Yaponiya)

97 kq

Təsəlliverici görüş. Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan)

Qadın güləşi
50 kq
Bürünc medal görüşü. 
Mariya Stadnik - Namuuntsetseq Tsoqt Oçir (Monqolustan) / Lusia Yamilet Yepes Qusman (Ekvador) cütünün qalibi

Qeyd edək ki, indiyədək Azərbaycanın 44 idmançısından 35-i çıxışını bitirib, onlardan 4-ü medal qazanıb.

Diaspora