Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 65 kiloqram çəki dərəcəsində yarımfinalda hindistanlı güləşçi Bacranq Bacranqla qarşılaşıb.
Trend-in məlumatına görə, güləşçimiz rəqibinə 12:5 hesabı ilə qalib gələrək finala çıxıb.
H.Əliyev finalda yaponiyalı güləşçi Takuto Otoquro ilə qarşılaşacaq.
Final oyunu sabah günorta saatlarında baş tutacaq.
Xatırladaq ki, H.Əliyev 1/8 final mərhələsində seneqallı Adama Diattanı, 1/4 final mərhələsində isə qazaxıstanlı güləşçi Daulet Niyazbekovu məğlub edib.