Güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasında yarımfinala yüksəlib

Güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasında yarımfinala yüksəlib backend

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Trend-in məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla güləşib.

Rəqibinə 9:1 hesabı ilə qalib gələrək Əliyev yarımfinala yüksəlib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan təmsilçisi seneqallı Adama Diattanı məğlubiyyətə uğradıb.

ХХХ

 

07:32

Azərbaycanın daha bir güləşçisi Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Trend xəbər verir ki, sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev ilk görüşündə seneqallı Adama Diattenə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Güləşçimiz növbəti mərhələdə qazaxıstanlı Daulet Niyazbekov ilə qarşılaşacaq.

Xatırladaq ki, ölkəmizdən Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov qazanıblar.

Diaspora