Qurbanov ermənipərəst yunanlara meydanda meydan oxudu - "Mən tək, siz hamınız"

 Qurbanov ermənipərəst yunanlara meydanda meydan oxudu -  "Mən tək, siz hamınız" backend

Jurnalist Ceyhun Rzayev Kiprdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribatdan danışıb. 

Qaziler.az xəbər verir ki, Kiprdə  futbol meydançasında yaşananları müşahidə edən media nümayəndəsi hadisəni belə şərh edib:

"Stadionda azarkeşlər bizimkiləri söyür, meydana müxtəlif əşyalar atır, AEL-in nümayəndəsi və futbolçusu Qurban Qurbanovun üzərinə yeriyir. Aranın qarışdığını görən hakim oyunu saxladı. Hamı tuneldən içəri daxil olub paltardəyişmə otağına yollandı. Bizimkilər də, kiprlilər də. Bir də nə görsəm yaxşıdır? Qurban müəllim meydandadır. Tək özü, yanında heç kim yox. Dik duruşla, qartal baxışla minlərlə ermənipərəst yunana baxırdı. Qürurverici, fəxrediləsi mənzərə idi. Adam bütün yunan Kiprinə meydan oxudu: Mən tək, siz hamınız! Ruslar da bir ifadə var - лицо нации. Qurban Qurbanov millətin siması, fəxarət tablosudur!"

Xatırladaq ki, Konfrans Liqası turniri çərçivəsində "Qarabağ" səfərdə Kiprin AEL- komandasının qonağı olub. Komandamız səfərdə rəqiblə heç-heçə edib (1:1). Bu nəticə "Qarabağ" üçün sərfəlidir.

Diaspora