Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin hazırda keçirilən AEL (Kipr) – “Qarabağ” oyununda futbolda nadir hallarda baş verən hadisə yaşanıb.
Qol.az xəbər verir ki, görüşün baş hakimi Qlenn Nyuberq zədələnib. Matçı davam etdirə bilməyən isveçli referini 80-ci dəqiqədə həmyerlisi Boyan Panciç əvəzləyib.
Qeyd edək ki, hazırda oyunda ikinci hissə gedir və AEL 1:0 hesabı ilə öndədir.