Məlum olduğu kimi, Azərbaycan cüdoçusu İrina Kindzerskaya Tokio Olimpiadasında bürünc medal qazanıb.
Oxu.Az-ın əldə etdiyi videoda onun Azərbaycandan olan həyat yoldaşı Həmid Əliyev bürünc medal görüşünü yaşadığı Ukraynada kafelərdən birində izlədiyi əksini tapıb.
O, İrinanın qələbəsindən sonra göz yaşlarını saxlaya bilməyib. Kafedə olanlar onu təbrik edib.
Qeyd edək ki, İrina Kindzerskaya Olimpiadada medal qazanan ilk Azərbaycan qadın cüdoçusu kimi tarixə düşüb.