63 kq. çəki dərəcəsində yarışan boksçumuz Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Qol.az xəbər verir ki, 1/16 finalda Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gələn idmançımız tam üstünlüklə qalib gəlib – 5:0. Bununla da o, 1/8 finala yüksəlib.
Dünya çempionumuz 1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.
Xatırladaq ki, dünən Azərbaycan boks millisinin üzvlərindən Məhəmməd Abdullayev (+91) Denis Latıpova (Bəhreyn) qalib gələrək 1/8 finala adlayıb. Lorenzo Sotomayor (69 kq.) və Tayfur Əliyev (57 kq) isə 1/16 finalda uduzaraq mübaribəni dayandırıblar.