Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının xəbərinə görə təmsilçimiz “Qəbələ” səfərdə "Apollon"la qarşılaşıb.
Kiprdəki oyunun sonlarına yaxın "Antonis Papadopulos" stadionunda gərgin anlar yaşanıb. Belə ki, 90+2-ci dəqiqədə rəqib futbolçu Voislav Stankoviçi cərimə meydançasında yıxdığı üçün kiprlilərin qapısına penalti təyin olunub. Bundan sonra ara qarışıb və bəzi azarkeşlər meydançaya daxil olub.Topun arxasına keçən Cavid Hüseynov isə hesabı bərabərləşdirməyə nail olub - 1:1. Bu qoldan sonra asayişin yaxşı təmin olunmadığını görən hakim komandaları paltardəyişmə otağına göndərib. Hətta burda tərəflər arasında dava da düşüb. Amma müəyyən fasilədən sonra hakim tərəfləri geri çağırıb və oyun yenidən başlanılıb.