Avqustun 1-dən 7-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız avqustun 5-də və 7-də Maltanın U-19 milli komandası ilə qarşılaşacaq.
Hər iki qarşılaşma "Bayıl" stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Elvin Sərkərov “Neftçi”
Rəsul Babazadə “Neftçi”
Sərtan Taşkın “İnter”
İlkin Sadıqov “İnter”
Elnur Orucov “Qəbələ”
Bəhlul Mustafazadə “Qəbələ”
Yusif Nəbiyev “Qəbələ”
Ayxan Əsədov “Qəbələ”
Emin Zamanov “Qəbələ”
Roman Hüseynov “Qəbələ”
Elnur Cəfərov “Xəzər Lənkəran”
Şahsuvar İsazadə “Xəzər Lənkəran”
Əlibəy Məmmədli “Zirə”
Ramil Orucov “Sumqayıt”
Xəyal Nəcəfov “Sumqayıt”
Emil Həsənzadə “Sumqayıt”
Mahir Mədətov “Qarabağ”
Emil Əliyev “Bakı”
Eltun Turabov “Qarabağ”
Elçin İsmayılov “Qarabağ”
Ağaseyid Qasımov MOİK
Fərid Kərimzadə MOİK
İsmayıl İbrahimli AZAL
Samir Musayev “Ağsu”