Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) dəstəyi və həmyerlimiz İlkin Quliyevin təşkilatçılığı ilə London şəhərində "Qarabağ kuboku" uğrunda futbol turniri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, BAA-nın sədri Hafiz Baxşəliyevin verdiyi məlumata görə turnirdə adlarını Azərbaycana və II Qarabağ savaşına həsr edən 7 komanda – "Kaspian", "Qarabağ", "Dəmir yumruq", "Boz qurd", "Old Centlmən", "Bayraqdar", "Mançester Polad" iştirak edib.
Final oyununda "Kaspian" və "Qarabağ" komandaları mübarizə aparıblar. Qarşılaşma "Kaspian" komandasının qələbəsi ilə nəticələnib. Qalibə "Qarabağ kuboku", ilk 3 yeri tutan komandaların oyunçularına isə üzərində Xarı bülbülün həkk olunduğu medallar təqdim olunub.