Avro-2020-nin finalında hazırda davam edən İtaliya - İngiltərə oyunu 87-ci dəqiqədə müvəqqəti dayandırılıb.
Qol.az xəbər verir ki, buna ingilis azarkeşlərdən birinin meydana daxil olması səbəb olub. Sözügedən azarkeş üç mühafizəçidən yayınmağı bacarıb. Daha sonra dördüncü mühafizəçinin müdaxiləsinin ardınca azarkeş meydandan kənarlaşdırılıb və matç davam etdirilib.