Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour”un blits yarışının 6-cı turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub etməsini şərh edib.
Qaziler.az xəbər verir ki, bununla bağlı o, özünün "Feysbuk" hesabında yazıb:
"28 ildir sahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Onun oyunları inanılmaz olub. 28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir! Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiz? Sizləri cox sevirəm, dəstəyiniz ücün. O, bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçasıyıq".