"Bu oyunda da komandanın həyata keçirmək istədiyimiz taktikanı necə mənimsədiyini görməyə çalışdıq. Təbii ki, kollektivin az müddətdə bərabər olması anlaşma və taktiki gedişlərdə öz təsirini göstərir. Həmçinin, ümumi yüklənmə dövründəki yorğunluq da hiss olunurdu".
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov "Samtredia" ilə yoxlama oyunundan (1:3) sonra deyib.
Təcrübəli mütəxəssis komandasının Premyer Liqanın startına qədər mümkün qədər yaxşı hazırlaşmağa çalışacaqlarını bildirib: "Hazırlaşmaq üçün çox az vaxtımız olub. Ancaq ümumilikdə oyun planı və fiziki hazırlıq baxımından nəyəsə nail olduğumuzu deyə bilərəm. Heyətin tam formalaşması da müəyyən qədər vaxt apardı. Legionerlər toplanışın son günlərində bizə qoşuldular. Onlardan biri isə Bakıda komandanın düşərgəsində olacaq.
Çalışacağıq ki, Premyer Liqanın startına qədər mümkün qədər yaxşı hazırlaşaq. Oyuna gəlincə, yoxlama görüşlərində nəticə önəmli deyil. Taktiki tapşırıqlarla yanaşı, futbolçulara mümkün qədər ehtiyatlı oynamağı tövsiyyə etmişdim. Qarşılaşmadan öncə də onlara dedim ki, burada nəticə önəmli deyil, siz mənə çempionatın startına tam hazır vəziyyətdə, zədəsiz lazımsız. Kiçik zədələri nəzərə almasaq təlim-məşq toplanışını itkisiz başa vurduğumuzu deyə bilərəm".
Qeyd edək ki, Ərzurum toplanışını başa vuran “Zirə” bu gün vətənə dönür