Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları davam edir. Qol.Az-ın məlumatına görə, bu gün daha 28 qarşılaşma baş tutacaq.
Təmsilçilərimizdən "Qəbələ" səfərdə "Apollon"un (Kipr), "İnter" isə "Atletik"in (İspaniya) qonağı olacaq.
Türkiyə klublarından “İstanbul Başakşehir” Hollandiyada "AZ Alkmaar"la, "Trabzonspor" isə Makedoniyada "Rabotniçki" ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları avqustun 6-da keçiriləcək.
30 iyul
Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunları
19:45. "Kayrat" (Qazaxıstan) - "Aberdin" (Şotlandiya)
21:00. "Elfsborq" (İsveç) - "Odd Qrenland" (Norveç)
22:00. AİK (İsveç) - “Atromitos” (Yunanıstan)
22:00. “Altax” (Avstriya) - “Vitoriya” (Portuqaliya)
22:00. "Apollon" (Kipr) - "Qəbələ" (Azərbaycan)
22:00. “Krasnodar” (Rusiya) - "Slovan" (Slovakiya)
22:00. “Slovan” (Çexiya) - “Hapoel” (Kiryat-Şmona, İsrail)
22:00. PAOK (Yunanıstan) - "Spartak" (Trnava, Slovakiya)
22:00. “Şturm Qrats” (Avstriya) - “Rubin” (Rusiya)
22:30. “AZ Alkmaar” (Hollandiya) - “İstanbul Başakşehir” (Türkiyə)
22:30. "Thun" (İsveçrə) - Vaduz" (Lixtenşteyn)
22:30. "Jilina" (Slovakiya) - “Vorskla” (Ukrayna)
22:30. “Sürix” (İsveçrə) - "Dinamo" (Minsk, Belarus)
23:00. “Tarqu Mureş” (Rumıniya) - “Sent-Etyenn” (Fransa)
23:00. "Brondbü" (Danimarka) – "Omoniya" (Kipr)
23:00. "Debretsen" (Macarıstan) – "Rusenburq" (Norveç)
23:00. "Kukesi" (Albaniya) - "Legiya" (Polşa)
23:00. "Rabotniçki" (Makedoniya) - "Trabzonspor" (Türkiyə)
23:30. “Bordo” (Fransa) - AEK (Kipr)
23:30. "Çarleroi" (Belçika) - “Zarya” (Ukrayna)
23:30. “Standard” (Belçika) - "Jelezniçar" (Bosniya və Herseqovina)
23:45. “Atletik” (İspaniya) - "İnter" (Azərbaycan)
23:45. "Vest Hem" (İngiltərə) - "Astra" (Rumıniya)
00:00. “Belenenseş” (Portuqaliya) - "Göteborq" (İsveç)
00:00. "Hayduk" (Xorvatiya) - "Stromsqodset" (Norveç)
00:00. "Sampdoriya" (İtaliya) - "Voyvodina" (Serbiya)
00:05. "Volfsberger" (Avstriya) - “Borussiya” (Dortmund, Almaniya)
00:05. "Sauthempton" (İngiltərə) - “Vitess” (Hollandiya)