Azərbaycanlı peşəkar kikboksçu Şikar Bədəlov Türkiyənin Konya şəhərində keçirilən KoK (King of Kings) turnirinin kəmərini qazanıb.
Oxu.Az-ın xəbərinə görə, o, 75 kq çəki dərəcəsində iranlı rəqibi İbrahim Xazaini nokauta salaraq qalib gəlib.
O bunu birinci raundun birinci dəqiqəsində bacarıb. Bununla da Şikar KoK kəmərinə sahib çıxıb.
Qeyd edək ki, Şikar Bədəlov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsidir. O, yarışlara Əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında hazırlaşır.