Ermənini məğlub edən azərbaycanlı MMA döyüşçüsü Vətəndə - FOTO

Ermənini məğlub edən azərbaycanlı MMA döyüşçüsü Vətəndə -  FOTO backend

Qazaxıstanın Almatı şəhərindəki “Naiza Fighting Championship” turnirində Ermənistan təmsilçisi Varşan Gevorqyana qalib gələn Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov Vətənə qayıdıb.

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 23 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Elnar İbrahimov keçirdiyi döyüşdə erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb. Bu, onun ümumilikdə 17-ci qələbəsi olub.

Diaspora