AVRO-2020: Bakıya gələcək ikinci komanda məlum oldu

AVRO-2020: Bakıya gələcək ikinci komanda məlum oldu backend

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun gününün ilk matçında Niderland və Çexiya yığmaları üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılmış görüş Çexiyanın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Tomaş Holeş 68-ci və Patrik Şik 80-ci dəqiqədə vurub.

Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında Bakıda Danimarka və Çexiya yığmaları qarşılaşacaq.

Qeyd edək ki, günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.

Diaspora