Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin daha bir cütü müəyyənləşib.
"Report" xəbər verir ki, dörd ən yaxşı qrup üçüncüsündən biri olan Çexiya bu raundda Niderlandla görüşəcək.
Bu cütün qalibi 1/4 final mərhələsində Bakıda Uels - Danimarka duelinin güclüsü ilə üz-üzə gələcək.
Uels - Danimarka qarşılaşması iyunun 26-da, Niderland - Çexiya matçı isə bir gün sonra olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final oyunu iyulun 3-ə təyin edilib.
Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq.