Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəlib yarımfinala çıxdı

Avropa çempionatı:  Güləşçimiz erməniyə qalib gəlib yarımfinala çıxdı backend

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmə arasında Avropa çempionatında mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, 45 kq-da çıxış edən Rahim Həsənov 1/4 finalda – Filip Çapkaya (Çexiya) 8:0 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Onun final yolunda rəqibi Anri Xozrevanidze (Gürcüstan) olacaq.

51 kq-da çəki dərəcəsindəki Pərviz Dadaşov startdaca bolqarıstanlı Borislav Kirilova uduzub - 3:6.

60 kq-da mübarizə aparan Fərid Xəlilov təsnifat mərhələsində Rati Xozrevanidze (Gürcüstan) 13:5 hesabı ilə məğlub edib. Daha sonra moldovalı Oleq Bajuranı üstələyən idmançı 1/4 finalda Ermənistan təmsilçisi Rostom Makiçyana da heç bir şans verməyib - 8:0. Xəlilov yarımfinalda Enes Ülkü (Türkiyə) ilə üz-üzə gələcək.

71 kq-da Ruslan Nurullayev ardıcıl olaraq, Tom Stoll (Almaniya), Miloş Peroviç (Serbiya) və Tornike Mikeladze (Gürcüstan) üzərində qələbə qazanaraq, yarımfinala yüksəlib. O, finala çıxmaq üçün türkiyəli Alperen Berberə qalib gəlməlidir.

92 kq-da yarışan Cavidan Nuri 1/8 finalda Kriştian Kisi (Macarıstan) məğlub etsə də, növbəti mərhələdə Abubakar Xaslaxanovla (Belarus) bacarmayıb - 1:5.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.

Diaspora