"Azərbaycan xalqı bizi tək qoymadı"

"Azərbaycan xalqı bizi tək qoymadı" backend

Türkiyə millisinin futbolçusu Mert Müldür AVRO-2020-nin qrup mərhələsinin 3-cü turunda Bakıda İsveçrə ilə keçirəcəkləri matç barədə danışıb.

Qol.az xəbər verir ki, 22 yaşlı müdafiəçi görüşün çətin keçəcəyini bildirib: "Qarşıda daha bir oyunumuz var və bu matça tam hazır olmalıyıq. Qrupu 3-cü pillətə başa vurmaq üçün əlimizdən gələni etməliyik. Hamımız məyusuq, amma toparlanmaq lazımdır. Bu oyun bizim üçün önəmlidir. Ümid edirəm ki, qələbə qazanacağıq".

Azərbaycan xalqı bizi tək qoymadı. Hər zaman yanımızda oldu. Fanatların tribunaya qayıtması bizi sevindirir. Həm türkiyəli, həm də azərbaycanlı tərəfdarlar daim bizə dəstək oldular. Onlara təşəkkür edirəm. İnanıram ki, nəticələrimiz yaxşı olmasa da, bizi dəstəkləyəcəklər. Komandaya inamlarını itirməsinlər".

Qeyd edək ki, 2 turdan sonra xalsız olan Türkiyə millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. "Ay-ulduzlular" qrupdakı son matçını iyunun 20-də Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.

Diaspora