Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.
"Report"un məlumatına görə, 36 yaşlı qrossmeyster son turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla 39-cu gedişdə heç-heçə edib. Bununla da xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.
Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.
16:24
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirində son görüşünü keçirib.
"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçə edib.
Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə hazırda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlir. 5,5 xalla turnir cədvəlinə başçılıq edən 36 yaşlıl qrossmeysterə çempionluq üçün heç-heçə də kifayət edəcək.