“Qarabağ“ Avropanın təhlükəli komandasıdır“

“Qarabağ“ Avropanın təhlükəli komandasıdır“ backend

"Qarabağ" Avropada inanılmaz dərəcədə təhlükəli komandadır. "Seltik" üçün ora səfər etmək çətin olacaq".



Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın idman direktoru Deril Uillard Britaniya mətbuatına açıqlamasında deyib.

Uillard Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"lə qarşılaşacaq "Qarabağ" haqda fikirlərini bölüşüb.

"Qarabağ" texnikalı və topu özündə saxlamağa meyl edən komandadır. Onlar milli çempionatda hücumameyilli oynayır və rəqibi daim təzyiq altında saxlayır. Avropa arenasında isə daha çox əks-hücumlara bel bağlayır. Düşünürəm ki, "Seltik" üçün ilk 15 dəqiqə çətin olacaq. Xüsusilə də, Reynaldonun keçidləri "Seltik"li müdafiəçiləri narahat edəcək.

Reynaldo "Qarabağ"ın gənc braziliyalı ulduzudur. O, təkbətək epizodlarda çox yaxşı təsir bağışlayır. Mən ötən il bu komandanın Avstriya "Zalsburq"u ilə ev oyununda iştirak etmişdim. Həmin görüşdə Ağdam təmsilçisi qalib gəldi. Komandada daha bir braziliyalı - Riçard Almeyda da var. O da səviyyəli futbolçudur. "Zalsburq"la görüşdə Reynaldonun qolu sayəsində "Qarabağ" qələbə qazandı - 2:1. Lakin səfərdə rəqiblərini uduzdular. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "İnter"lə görüşün son dəqiqəsində vurduğu qolu qeydə alınmadı Belədə komanda ədalətsiz şəkildə turnirdə mübarizəni dayandırmalı oldu".

Britaniyalı mütəxəssis "Seltik"i "Qarabağ"la dueldə aşkar favorit görmədiyini bildirib: "Seltik"in aşkar favorit olduğunu deyə bilmərəm. Onlar Reynaldonu zərərsizləşdirməyə hazır olmalıdırlar. Əks təqdirdə braziliyalı futbolçu onları narahat edəcək.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda danışan Uillard deyib: "Qurban Qurbanov çox ağıllı məşqçidir. O, komandaya "Barselona"nın oyun üslubuna bənzər bir üslub gətirib. Qurbanov komandasının daha da inkişaf etdirmək məsuliyyətini üzərinə götürüb".

Uillard "Qarabağ"ın böyük azarkeş dəstəyinə malik olduğunu bildirib: "Seltik"lə görüşdə "Qarabağ"ın böyük azarkeş dəstəyi olacaq. Azərbaycanda "Neftçi" böyük klub hesab olunur. Hansı ki, 1960-70-ci illərdə SSRİ çempionatında uğurla çıxış edib. Ancaq "Qarabağ" da Azərbaycanda elə bir klubdur ki, hətta ən sevimliniz olmasa da belə, ikinci komandanızdır.

Bu komandanı ölkədə hər kəs sevir. Çünki Ermənistanla münaqişə səbəbindən bu klub doğma Ağdam şəhərini tərk edərək, Bakıda məskunlaşmaq məcburiyyətində qalıb. Hətta indi də cəbhə xəttində atışma səsləri eşitmək mümkündür. Azərbaycanlılar işğal olan bölgələrə duyğusal hisslər bəsləyirlər".

AFFA rəsmisi "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu barədə də danışıb: "Seltik"lə oyun "rusiyalı laynsman" kimi tanınan Tofiq Bəhramovun adını daşıyan stadionda keçiriləcək. Hansı ki, o, 1966-cı ildə keçirilən dünya çempionatının finalında verdiyi qərarla məşhurlaşıb. Tofiq Bəhramov idmanda bu mərhələyə qədər irəliləyə bilən ilk azərbaycanlı kimi tarixə düşüb".

"Qəbələ"də çalışmış britaniyalı mütəxəssis Azərbaycandakı işindən də bəhs edib: ""Artıq altı ildir buradayam. Bu, mənim üçün bir çağırış idi. Məni bura Toni Adams dəvət etdi. Onunla "Qəbələ"də birgə çalışmaqla təcrübə topladım. İndi yığma komandaya səviyyəli futbolçular verə bilmək üçün çox işləyirəm. Artıq bunun bəhrəsini gördüyüm üçün çox şadam".
Diaspora