Mariya Stadnik qızıl medal qazandı

Mariya Stadnik qızıl medal qazandı backend

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.

50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuk (Rumıniya), Erin Qolston (ABŞ) və Mariya Tiumerekovanı (Rusiya) məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.

Diaspora