Bu gün milli komandamız təlim-məşq toplanışı çərçivəsində sonuncu - 3-cü yoldaşlıq oyununu keçirib.
Qol.az xəbər verir ki, Canni De Byazinin komandası səfərdə Moldova yığması ilə qarşılaşıb.
Kişinyovdakı "Zimbru" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Maraq üçün qeyd edək ki, Modova yığmasına "Neftçi"nin sabiq baş məşqçisi, De Byazinin həmyerlisi olan (İtaliya) Roberto Bordin başçılıq edir
Bundan əvvəl Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan millimiz eyni hesabla Belarusa qalib gəlib.
6 iyun
Yoldaşlıq oyunu
20:00. Moldova - Azərbaycan - 1:0
Qol: Damaşkan, 9
Baş hakim: Marian Aleksandr (Rumıniya)
Kişinyov, "Zimbru" stadionu