“The FTX Crypto Cup”: Teymur Rəcəbov Aniş Giriyə qalib gəldi

“The FTX Crypto Cup”:  Teymur Rəcəbov Aniş Giriyə qalib gəldi backend

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin 1/4 final oyunları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov 4 partiyadan ibarət birinci matçda Niderland təmsilçisi Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib.

1/4 final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ) Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanıb.

Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) qarşılaşması isə heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, “Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir. (oxu.az)

Diaspora