Kiprin Limassol şəhərində yeniyetmə və gənclər (26-27 may) və böyüklər (28-29 may) arasında sambo üzrə Avropa çempionatı keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, pandemiya düşəndən ilk dəfə yarışda iştirak edəcək millilərimiz bu gün 17 idmançı ilə adıçəkilən ölkəyə yola düşüb.
Yeniyetmələr: Məhəmməd Yaqubov (-58 kq), Dilavər Abışov (-64 kq), Toğrul İbrahimov (-71 kq), Rəsul Aydəmirov (-98 kq), Məhəmməd Məmmədzadə (+98 kq)
Gənclər: Nicat Məmmədli (-58 kq), Elvin Bağırov (-64 kq), Ağani Məmmədov (-79 kq), Adil Adilzadə (-88 kq), Toğrul Salmanov (+98 kq)
Kişilər: Eyvaz Baxşiyev (-58 kq), Fuad Məmmədov (-64 kq), Emil Həsənov (-71 kq), Abdulla Abdullayev (-79 kq), Ceyhun Hüseynov (-88 kq), Toğrul Salmanov (+98 kq)
Döyüş sambosu: Bəxtiyar Abbasov (-88 kq), Nəbi Məmmədov (-98 kq)
Bu yarışda Azərbaycandan beynəlxalq ekstra dərəcəli hakim Cabir İsmayılov ədalət təmsilçisi olacaq.
Qeyd edək ki, heyətdə döyüş sambosunda Azərbaycanı təmsil edəcək Bəxtiyar Abbasov həm də peşəkar MMA idmançısıdır. O, DİN zabiti olsa da, müharibə başlayanda könüllü kimi cəbhəyə yollanmış, doğulduğu Xocavənd rayonunun bəzi kəndlərinin, o cümlədən Arakül (Xətai) kəndinin işğaldan azad olunmasında yaxından iştirak etmişdi.