“DÇ-2018“: Millimizin rəqibləri müəyyənləşir (YENİLƏNİR)

“DÇ-2018“: Millimizin rəqibləri müəyyənləşir (YENİLƏNİR) backend

Bu gün "DÇ-2018"in seçmə mərhələsinin püşkü atılacaq.


Qol.Az-ın məlumatına görə, tədbir mundiala ev sahibliyi edəcək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.

Püşk zamanı Avropa yığmaları 6 səbətə bölünəcək. Bunların 5-də 9, son səbətdə isə 7 yığma yer alacaq. FİFA-nın reytinqində 108-ci olan Azərbaycan millisi 5-ci səbətdə qərarlaşacaq.

Komandamızla eyni səbətdə Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova yığmaları da yer qərarlaşacaq. Bu isə o deməkdir ki, millimiz həmin komandalara rəqib ola bilməyəcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq püşkatmada iştirak edəcək 52 Avropa yığması 9 qrupa bölünəcək. Bunların 7-də 6, 2-də 5 komanda olacaq. Qrup qalibləri birbaşa mundiala yüksələcəyi təqdirdə, ikincilər "pley-off"da qüvvələrini sınayacaq.

Qeyd edək ki, FİFA Cəbəllütariqin müstəqilliyini tanımadığı üçün bu ölkənin yığması püşkatmada iştirak etməyəcək.




1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya

2-ci səbət: Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina

3-cü səbət: Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan

4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya

5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Azərbaycan, Litva, Moldova

6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra
Diaspora