Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Qaziler.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan Dağıstan əsilli idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib – 6:3.
Qeyd edək ki, Vahid Qalayev böyüklərin yarışında da millimizdə debüt edib. O, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirində ikinci görüşündə (1/4 final) Venesueladan olan rəqibinə uduzaraq Olimpiadaya vəsiqə qazana bilməyib.
Həmçinin, 86 kq-da yarışan Orxan Abbasov da yarımfinala vəsiqə qazanıb.