İspaniyanın "Malyorka" klubu baş məşqçisi Valeri Karpinlə yolları ayırıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, rusiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.Qeyd edək ki, "Malyorka" hazırda İspaniyanın ikinci liqası sayılan Sequndada 27 xalla 15-ci pillədədir.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
