7-12 sentyabr 2015-ci il tarixdə ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı yarışları keçiriləcək.
QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, dünya çempionatına hazırlaşan qadın güləşçilərimiz 24-26 iyul 2015-ci il tarixdə Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə “Poland Open” 19-cu beynəlxalq turnirdə iştirak edəcək.
Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Polşaya yollanan yığma komandanın heyətində 6 güləşçi yer alıb. Turnirdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq) və Nadya Muşka (69 kq) mübarizə aparacaqlar
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.