İngiltərə Premyer Liqasında "Tottenhem"ə qarşı oyun "Liverpul"un futbolçusu Mario Balotelli üçün əlamətdar olub.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı hücumçu bu matçla Premyer Liqada ilk qolunu vurub. O, 82-ci dəqiqədə fərqlənib.Qeyd edək ki, "Liverpul" - "Tottenhem" görüşü birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
