FHN əməkdaşı sambo çempionu oldu

FHN əməkdaşı sambo çempionu oldu backend

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı sambo üzrə Azərbaycan çempionu olub. Mərdəkan Şağan İdman Olimpiya Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında sambo idmanı üzrə Azərbaycan kuboku çempionatı keçirilib. Çempionatda 32 komanda və 500-ə yaxın idmançı iştirak edib.


Yarışda Fövqəladə Hallar Nazirliyinin komandasının üzvü Elçin Heybətov 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Diaspora