Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.
"Report"un məlumatına görə, 13 nəfərlik siyahıda Azərbaycanın 2 şahmatçısı yer alıb.
Bunlardan birinin dünya çempionu Harri Kasparov (2 851), digərinin isə Şəhriyar Məmmədyarov (2820) olduğu bildirilib. İlk dəfə belə səviyyəyə 1990-cı ildə Kasparov çatıb. O, 1999-cu ildə isə 2851 xal toplayaraq, zirvəyə qalxıb. Kasparovun rekordunu yalnız Maqnus Karlsen yeniləyə bilib. Norveçli dünya çempionu 2014-cü ildə reytinq xalını 2 882-yə çatdırıb. O, həmçisinin18 yaşında 2 800 reytinq həddinə çatan ən gənc oyunçu kimi tarixə düşüb.
Bu şahmatçılardan yalnız 5-nin Karlsen, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.
Bundan başqa, 13 nəfərdən 5-i - Karlsen, Kasparov, Vişvanatan Anad (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Toplaov (Bolqarıstan) dünya çempionluğnu qazanıb.
Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədov "Tarixin bir hissəsi olmaq özəldir!" yazıb.