Türkiyə Futbol Federasiyası (TFF) ölkənin milli futbol komandasının növbəti oyunu zamanı stadiona tamaşaçıların buraxılmayacağını bildirib.
“Haber Global”ın məlumatına görə, bu barədə qurumun səhiyyə idarəsi məlumat yayıb.
Qeyd edək ki, 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin “G” qrupu çərçivəsində baş tutacaq Türkiyə - Latviya oyunu martın 30-da keçiriləcək.
Xatırladaq ki, federasiyanın öncəki qərarında matçın izlənilməsi üçün stadiona onun ümumi tutumunun 15%-i qədər azarkeşin buraxılacağı bildirilir və matçda təxminən 11 min izləyicinin iştirakı gözlənilirdi.
Yeni qərarın ölkədə və dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyətin kəskinləşməsilə bağlı olduğu bildirilib. (oxu.az)