Azərbaycanlı hakim tarixi darmadağına şahidlik etdi - VİDEO

Azərbaycanlı hakim tarixi darmadağına şahidlik etdi -  VİDEO backend

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə II turun matçlarından birində tarixi nəticə qeydə alınıb.

Oxu.Az xəbər verir ki, söhbət Herninq şəhərində keçirilən F qrupunun Danimarka – Moldova oyunundan gedir.

Görüşü azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib. Məhz hesabın açılmasında da onun təyin etdiyi penaltinin rolu olub. 19-cu dəqiqədə Fransanın “Nitsa” klubunun hücumçusu Kasper Dolberq penalti zərbəsindən AZAL-ın keçmiş, “Keşlə”nin indiki qapıçısı Stanislav Namaşkonu məyus edib. Fasiləyə kimi danimarkalılar 22, 29, 35 və 39-cu dəqiqələrdə hesabı 5:0-a çatdırıb.

Fasilədən sonra Danimarka “Neftçi”nin sabiq çalışdırıcı Roberto Bordinin baş məşqçisi olduğu Moldovaya daha üç qol vurub. Bu qollar 48, 81 və 89-cu dəqiqələrdə qeydə alınıb.

Bu nəticə Moldovanın ən böyükhesablı məğlubiyyəti kimi tarixə düşüb. Belə ki, bunadək Moldovanın ən böyükhesablı məğlubiyyətləri 0:6 hesabı olmuşdu. Moldovanlar 2001-ci ildə İsveçə və 2020-ci ildə İtaliyaya bu hesabla uduzmuşdu.

Diaspora