Ronaldo özündən çıxıb, kapitan sarğısını yerə çırpdı - VİDEO

Ronaldo özündən çıxıb, kapitan sarğısını yerə çırpdı -  VİDEO backend

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb.

Qazilər.az xəbər verir ki, 36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib.

Referinin qərarından qəzəblənən Ronaldu önündə sarı vərəqə görüb. Bundan sonra ulduz futbolçu kapitan sarğısını meydana çırpıb.

Qeyd edək ki, bu nəticədən sonra Serbiya və Portuqaliya hərəyə 4 xalla A qrupunda ilk 2 pilləni bölüşür. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Serbiyanı qəbul edəcək.

Diaspora