Türkiyədən növbəti möhtəşəm qələbə - VİDEO

Türkiyədən növbəti möhtəşəm  qələbə - VİDEO backend

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Şenol Günəşin baş məşqçisi olduğu komanda 2-ci turda Norveçin qonağı olub.  İspaniyanın Malaqa şəhərində keçirilən görüşdə "ay-ulduzlular" 3:0 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 6-ya çatdıran Türkiyə G qrupunda 1-ci pilləyə yüksəlib. Monteneqro eyni xalla 2-ci, Niderland 3 xalla 3-cüdür.

Xatırladaq ki, qardaş ölkə ilk turda Niderlanda 4:2 hesabı ilə qalib gəlmişdi.

27 mart

21:00. Norveç - Türkiyə - 0:3
Qollar
: Ozan Tufan, 4, 59, Çağlar Söyüncü, 28
Qırmızı vərəqə: Thorstvedt, 80 (Norveç)

Diaspora