Azərbaycan yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Ermənistan təmsilçisi Gevorq Qaribyanla üz-üzə gəlib.
"Report"un məlumatına görə, son Avropa çempionu ilə qarşılaşma 60 kq çəki dərəcəsində 1/4 final görüşünə təsadüf edib.İlk hissəni 5:0 hesablı üstünlüklə başa vuran Məmmədov ikinci hissədə rəqibinə cəmi 1 xal verib.
Beləliklə, Azərbaycan təmsilçisi 5:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.