“Şikayətlərin anonim olmaması məktəblərdə baş verən qanun pozuntularının qarşısını almağa kömək edə bilər”.
Qazilər.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.Nazir qeyd edib ki, gün ərzində daxil olan şikayətlərdə hansısa məktəbdə korrupsiya halının olduğu bildirilir: “Lakin elektron poçtun ünvanında ad belə olmur. Korrupsiya adı ilə mail göndərilir. Şikayət edənin kim olduğunu başa düşmədən məsələnin arxasınca getmək mümkün deyil”.
Report.az