Məktəblərdə koronavirusa yoluxanların sayı açıqlandı

Məktəblərdə koronavirusa yoluxanların sayı açıqlandı backend

"Gündəlik yoluxmalar qeydə alınır və tədqiqatı qeydə alınır. Məktəbin daxilində kütləvi yoluxma varsa, təbii ki, məktəb distant təhsilə keçir. Fərdi xarakterlidirsə, sinif distant təhsilə keçir".

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, fevralın 1-dən indiyədək ibtidai sinflərdə oxuyan 164 şagird virusa yoluxub. V - IX sinflərin isə 282 şagirdində COVID-19 aşkarlanıb. Bundan başqa, 23-ü məktəbə hazırlıq qrupunda qeydə alınıb.

E.Əmrullayev bildirib ki, işçi heyətdən isə COVID-19-a 714 nəfər yoluxub.

Hazırda 626 sinfin distant təhsilə keçdiyini deyən nazirin sözlərinə görə, onlardan 233-ü həmin müddəti bitirib və tədris bərpa olunub, 393-ü hazırda distant formanı davam etdirir: "Ümumilikdə 48 məktəb ümumi distant təhsilə keçib. 41-i hazırda yenə də distant formada işini davam etdirir. 7 məktəb isə yenidən ənənəvi tədrisə qayıdıb”.
Diaspora