Bakıda 39, 59 və 98 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.Qeyd olunub ki, 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 39 nömrəli tam orta məktəbdə çalışan 2 müəllim, 1 direktor müavini və bir texniki işçinin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.