Azərbaycanda tələbələrin kütləvi yoluxması ilə bağlı açıqlama

Azərbaycanda tələbələrin kütləvi yoluxması ilə bağlı açıqlama backend

Azərbaycan Tibb Universiteti ali məktəbdə koronavirusa kütləvi yoluxma halının qeydə alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

ATU-dan "Report"a verilən məlumta görə, tələbələr arasında kütləvi yoluxma yoxdur.

"İndiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVID-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.

ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür", - universitetdən bildirilib.
Diaspora