Tovuzda bir sinif distant təhsilə keçdi

Tovuzda bir sinif distant təhsilə keçdi backend

Tovuz rayonunda fəaliyyət göstərən məktəblərdən birində koronavirus aşkar edilib, sinif bağlanıb.

Qazilər.az xəbər verir ki, Tovuz rayon İsmayıl Mürşüdov adına tam orta məktəbin 9-cu sinfi şagirdi olan 2 nəfərdə koronavirus aşkar edilib.

Buna görə, şagirdlərin təhsil aldığı həmin sinif distant təhsilə keçib.

Qeyd edək ki, məktəb öz fəaliyyətini davam etdirir.

Report.az

Diaspora