Bu gündən III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə başlayıb.
Qazilər.az xəbər verir ki, qiymətləndirmə prosesi martın 12-nə kimi davam edəcək.Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir. 7 000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunub. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir.
Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.