Təhsil Nazirliyindən məktəblərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən məktəblərlə bağlı AÇIQLAMA backend

Qarlı hava şəraiti ilə bağlı Bakının orta məktəblərində davamiyyət aşağı düşüb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovun BAKU.WS-ə verdiyi məlumata görə, paytaxtın təhsil müəssisələrində davamiyyət göstəricisi aşağı olsa da, ümumilikdə hələlik rəqəmlər məlum deyil.

“Ümumi davamiyyətlə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, Bakıda bir çox məktəblərdə tədris təxirə salınıb.

Əlverişsiz hava şəraiti sabaha qədər davam edəcək.
Diaspora